Hizbullahın Livan sərhədində təşkil etdiyi hücumda 4 İsrail əsgəri yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Livan sərhədinə hücum zamanı 4 əsgərinin biri orta, 3-ü yüngül olmaqla yaralandığını bildirib.
Ordudan verilən açıqlamada Livandan İsrailin şimalındakı Yiftah bölgəsinə 2 ədəd tank əleyhinə raketin atıldığı bildirilib.
Yaralı əsgərlərin xəstəxanaya aparıldığı bildirilərkən, Livandan göndərilən pilotsuz uçuş aparatının (PUA) sərhədin İsrail tərəfinə düşdüyü və hadisə zamanı xəsarət alan olmadığı da qeyd edilib.
Ayşən