Livanda film kimi hadisə: Pulunu ala bilməyən deputat banka basqın etdi

Livanda film kimi hadisə: Pulunu ala bilməyən deputat banka basqın etdi
DÜNYA
16:24 05.10.2022
316
Livanda pulunu çıxara bilməyən millət vəkili bank filialına basqın edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Livanın müstəqil millət vəkili Sintiya Zarazir 3 ildir dondurulan 8500 dollarlıq əmanətini geri çəkmək üçün paytaxt Beyrutda özəl bank şöbəsinə basqın edib. 

Livan mətbuatının məlumatına görə, müstəqil deputat Sintiya Zarazir əməliyyat xərcləri üçün bankdan pulunu çıxarmaq istəyib. Lakin bank rəsmiləri ödəniş edə bilməyəcəklərini bildiriblər.

Zarazir isə bunun müqabilində pulunu alana qədər filialı tərk etməyəcəyini və əməlində israrlı olduğunu bildirib. Bildirilir ki, bank rəsmiləri ilə deputat arasında danışıqlar davam edir. Zərazirə dəstək olmaq üçün çoxlu bank zərərçəkənləri filialın qarşısına toplaşıb.
 
Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR