İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqindəki Baalbek şəhərinə zərbələr endirərək, "Hizbullah”ın iki komandirini zərərsizləşdirib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Hadath” telekanalı məlumat yayıb.
Məlumatına görə, zərbə şəhərin məscidlərindən birinin yaxınlığında yerləşən əl-Əssirə məhəlləsinə endirilib.
İki komandirlə birlikdə bir döyüşçünün də zərərsizləşdirildiyi bildirilir.