"Livandakı faciənin səbəbi BMT Təhlükəsizlik Şurasının Qəzzada uğursuzluğudur"

DÜNYA
11:07 26.09.2024
127
Misirin xarici işlər naziri Bədr Əbdüləti Livanın hazırkı faciəsinin səbəbini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir Abdulati Fransanın tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən Livan fövqəladə sessiyasında çıxış edib.

"Hazırda Livanda şahidi olduğumuz şey tam hüquqlu hücum və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvü olan bir dövlətin suverenliyinin açıq şəkildə pozulmasıdır”, - Abdulati deyib.

Misir naziri Əbdüləti qeyd edib ki, İsrailin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ tamamilə pozaraq Livana hücumları yüzlərlə insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olub və on minlərlə Livan vətəndaşını məcburi köçkün olmağa məcbur edib.

Abdulati vurğulayıb ki, "Livanın hazırda yaşadığı faciə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında bir ildir davam edən müharibəni dayandırmaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməməsinin biabırçı nəticəsidir".

Gülay
OXŞAR XƏBƏRLƏR