Livandan daha 310 nəfər Türkiyəyə gətirildi

DÜNYA
15:33 03.10.2024
200
İsrail qüvvələrinin hücumuna məruz qalıb Livanı tərk edən türklər də daxil olmaqla daha 310 nəfər Türkiyənin Mersin bölgəsinə gətirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Livanı tərk etmək istəyən xarici ölkə vətəndaşları gəmi ilə Tripoli limanından yola düşüb. 
 
Aralarında uşaqların da olduğu 310 nəfər Taşucu limanındakı gəmidən düşüb və mikroavtobuslara mindiriliblər. Xarici vətəndaşların Türkiyənin müxtəlif hava limanlarından öz ölkələrinə göndəriləcəyi öyrənilib.
 
Livanı tərk edən Türkiyə vətəndaşı Yusuf Akdağ bildirib:
 
"Livana qarşı son bir ayda hücumlar başladı. Zamanla artmağa başladı. Son 3 gündə hücumların intensivliyi artdığı üçün tələsik evlərimizi boşaltdıq. Təxminən 1500 metr yüksəkliyə qalxdıq. Oradan bombaların düşməsinə baxdıq. Təyyarə biletləri aldıq, lakin uçuşlar ləğv olundu. Beləliklə, bərələrə minib yola düşdük. Ümid edirəm ki, orada hər şey yaxşı olacaq".
 
Qeyd edək ki, Livandan Türkiyəyə gələn sərnişinlərin sayı Almaniya, Fransa, Avstraliya, Kanada, İsveç, Suriya və Livan vətəndaşları da daxil olmaqla 1002 nəfər olub.
 
Oksana
OXŞAR XƏBƏRLƏR