Livandan Akka bölgəsinə atılan 45 raketdən bəziləri İsrail müdafiə sistemləri tərəfindən ələ keçirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail ordusu açıqlayıb.
Açıqlamada raketlərin bir hissəsinin açıq əraziyə düşdüyü qeyd edilib.
Hizbullah tərəfindən edilən yazılı açıqlamada Qəzzada Fələstin xalqının müqaviməti ilə həmrəylik nümayiş etdirmək və Livan xalqını qorumaq üçün Zvolon bölgəsində yerləşən müdafiə sənayesi şirkəti Rafael hərbi sənaye kompleksinin raketlərlə hədəf alındığı bildirilib.
Üstəlik, İsrail ordusu Hizbullahın müdafiə sənayesi şirkəti Rafael-i raketlərlə hədəf almasından sonra Livana qarşı yeni hava əməliyyatları dalğasına başladığını açıqlayıb.
Mikayıl