Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb

Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb
DÜNYA
21:35 03.04.2026
143
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Əl-Edeyse sərhəd rayonundakı müşahidə postu atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb.

Bu barədə UNIFIL-in mətbuat xidmətinin rəhbəri Kendis Ardel bildirib.

Onun sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Ardel qeyd edib ki, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən "mavi dəbilqəlilərin" mövqelərinə açılan atəşin mənbəyini araşdırır.

"UNIFIL bütün tərəflərə Livanın cənubunda sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini xatırladır. BMT hərbçilərinin mövqeləri yaxınlığında döyüş əməliyyatlarının aparılmasından çəkinmək lazımdır, bu onlar üçün birbaşa təhlükə yaradır", - o bildirib.

/report
OXŞAR XƏBƏRLƏR