"Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Mersisayd təmsilçisi "Brayton”un yarımmüdafiəçisi Aleksis Makallisterin transferini tamamlayıb.
24 yaşlı argentinalı futbolçu ilə müddəti 2028-ci ilin iyununa qədər olan müqavilə imzalanacaq.
Qeyd edək ki, son dünya çempionu 2022/23 mövsümündə "Brayton”da bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.