"Nyukasl" 70 ildən sonra ilk dəfə İngiltərədə kubok qazanıb.
AZXEBER.COM Apasport.azA istinadən xəbər verir ki, komanda Liqa kubokunun finalında "Liverpul"la qarşılaşıb.
Qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb və kubokun qalibi olub.
Qeyd edək ki, "Nyukasl" sonuncu dəfə 1955-ci ildə FA kubokunu qazanmışdı.