"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina etdi

"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina etdi
İDMAN
18:57 06.06.2022
284
İngiltərənin "Liverpul" klubu futbolçusu Sadio Maneni Almaniya "Bavariya"sına satmaqdan imtina edib.

Münhen təmsilçisinin 30 yaşlı oyunçu üçün göndərdiyi təklif mersisaydlıları qane etməyib.

Almaniya çempionu seneqallı forvard üçün 21+4 milyon funt-sterlinq ödəmək istəyib. "Liverpul" isə bunu çox aşağı məbləğ sayıb.

Daha əvvəl "Bavariya"nın oyunçu ilə şəxsi razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR