"Liverpul" iki əsas futbolçusunun müqavilə müddətini uzatmağa yaxındır

"Liverpul" iki əsas futbolçusunun müqavilə müddətini uzatmağa yaxındır
İDMAN
19:10 08.04.2025
750
İngiltərənin "Liverpul" klubu hücumçu Məhəmməd Salah və müdafiəçi Vircil van Deyklə müqavilə müddətini uzatmağa yaxındır.

Bu barədə tanınmış insayder Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbə bildirir ki, mersisaydlılar hər iki oyunçunun sözləşmə müddətini artırmağa nikbin yanaşır. Hazırda onlarla danışıqlar müsbət məcrada davam edir.

Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqada 31 matçda 27 qol vurub və 17 məhsuldar ötürmə edib. Van Deyk isə "Liverpul"un kapitan sarğısını daşıyır.
 
\report
OXŞAR XƏBƏRLƏR