Liverpul klubu ABŞ şirkətinə satıldı

İDMAN
20:10 15.09.2023
280
İngiltərə Premyer Liqa təmsilçisi "Everton”un sahibi dəyişib.

Bu barədə Liverpul təmsilçisi məlumat yayıb.

Bildirilib ki, "Everton”un sahibi Farhad Moşiri klubun 94 faizlik hissəsini ABŞ-nin "777 Partners” investisiya şirkətinə satıb. "777 Partners” "Sevilya” (İspaniya), "Herta” (Almaniya) və "Standard” (Belçika) klublarının da səhmdarları arasında yer alır.
2016-cı ildə "Everton”u alan F.Moşiri ilin sonunadək klubu yeni səhmdara təhvil verməlidir.
OXŞAR XƏBƏRLƏR