"Liverpul" tarixinin ən bahalı transferinə hazırlaşır

"Liverpul" tarixinin ən bahalı transferinə hazırlaşır
İDMAN
19:37 13.06.2025
293
İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçi Florian Virtsi rekord məbləğə transfer etməyə hazırlaşır.

Mersisaydlılar 22 yaşlı oyunçu üçün 130-135 milyon avro ödəyəcək.

Futbolçu müqaviləni bağlamaq üçün gələn həftə İngiltərəyə yola düşəcək və orada tibbi müayinədən keçəcək. Virtsin sözləşməsi 5 illik nəzərdə tutulub. Müqavilə bağlandıqdan sonra bu, "Liverpul" tarixinin ən bahalı transferi kimi tarixə düşəcək.

Klubun əvvəlki rekordu 2022-ci ilin yayında, Darvin Nunyesin heyətə qoşulduğu vaxta aiddir. Komanda həmin vaxtı uruqvaylı hücumçu üçün 85 milyon avro ödəyib.

İngiltərə futbolu üçün rekord transfer argentinalı yarımmüdafiəçi Entso Fernandesin 2023-cü ilin qışında 121 milyon avroya "Çelsi"yə transferi olub.

Qeyd edək ki, Florian Virts "Bayer 04"ün heyətində ümumilikdə 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə edib.
 
///report
OXŞAR XƏBƏRLƏR