"Liverpul" yaponiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır

İDMAN
19:40 22.07.2024
182
İngiltərənin "Liverpul" klubu Yaponiya millisinin futbolçusu Takefusa Kubonu heyətinə qatmağa hazırlaşır.

Mersisaydlılar müqavilə əsasında İspaniyanın "Real Sosyedad" kollektivinə məxsus olan 23 yaşlı vinger üçün 60 milyon avro ödəməyi düşünür.

T.Kubo ötən mövsüm 41 matçda meydana çıxıb və 7 qol vurub. Onun hazırkı komandası ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

OXŞAR XƏBƏRLƏR