"Liverpul"da ciddi itki

"Liverpul"da ciddi itki
İDMAN
20:24 29.11.2019
7162

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.

Əlavə edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

 

OXŞAR XƏBƏRLƏR