"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan
İDMAN
17:28 12.12.2019
3944
"Bu qələbədən razıyıq. Görüşün əvvəlində çətinliklər oldu. Ancaq oyunçularıma oyuna uyğunlaşmaq üçün 10 və ya 15 dəqiqə lazım oldu. İkinci hissədə isə daha yaxşı oynadıq".

AZXEBER.COM qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Brügge" ilə oyundan (3:1) sonra deyib.

"Yoviçin az qol vurması mənim problemimdir. Onunla işləməyə davam etmək lazımdır. Bəli, ona çətindir. Çünki az oynayır. Amma Yoviç vəziyyəti başa düşür" - deyə o bildirib.

Fransalı mütəxəssis 1/8 finalda "Liverpul"la düşməkdən çəkinib-çəkinmədikləri ilə bağlı sualı belə cavablandırıb: "Əgər biz "Liverpul"la düşsək, onları məhv edəcəyik (gülür)".
OXŞAR XƏBƏRLƏR