"Liverpul"un baş məşqçisi iki oyunluq cəzalandırılıb

İDMAN
17:50 26.02.2025
359
İngiltərənin "Liverpul” klubunun baş məşqçisi Arne Slot iki oyunluq cəzalandırılıb.

Buna mütəxəssisin Premyer Liqanın XXIV turunda baş tutan "Everton”la oyundan sonra hakimlərə qarşı nalayiq davranış sərgiləməsi və təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Matçın final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılan məşqçi həmçinin 80 min avro cərimələnib.

Qeyd edək ki, A.Slot bu gün qarşılaşacaqları "Nyukasl”la XXVII turun matçı ilə yanaşı, növbəti həftə "Sauthempton”la görüşdə də texniki zonada yer almayacaq. Hazırda "Liverpul” 64 xalla turnir cədvəlinə başçılıq edir.
 
///report
OXŞAR XƏBƏRLƏR