İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker məşqləri bərpa edib.
Bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot bildirib.
Mütəxəssis qolkiperin komandanın sıralarına qayıtmağa hazır olduğunu söyləyib. 31 yaşlı braziliyalı zədə səbəbindən İngiltərə Premyer Liqasında "Bornmut" (3:0) və "Vest Hem" (5:1) komandalarına qarşı matçları buraxmalı olub.
Qeyd edək ki, A.Beker ötən mövsüm əzələsindən ciddi zədə alıb.