"Liverpul" və İngiltərə millisinin keçmiş futbolçusu Ceymi Kesside 13 il 3 ay müddətinə həbs olunub.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
O, qardaşı ilə birgə narkotik satışı və çirkli pulların yuyulmasında günahkar hesab edilib.
46 yaşlı futbolçu müxtəlif şəxslərə təxminən 26 milyon funt sterlinq dəyərində 356 kq kokain paylayıb.
Qeyd edək ki, Kesside 1996-cı ildə Maykl Ouen və Ceymi Karagerlə "Liverpul"un heyətində FA Gənclər Kubokunu qazanıb.
Kesside İngiltərə U16 komandasının bombardiri idi.