Liviya paytaxtında silahlı toqquşmalarda 6 nəfər ölüb

Liviya paytaxtında silahlı toqquşmalarda 6 nəfər ölüb
DÜNYA
18:42 15.08.2023
203
Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb.

Bu barədə "Libya Al Ahrar TV” məlumat yayıb.

Qeyd olunub ki, silahlı qarşıdurmalarda 20 nəfər yaralanıb.

Həmçinin əlavə olunub ki, dünən axşam saatlarında şəhərin cənubunda baş verən atışmalar bu gün səhər saatlarında da davam edib.

Xatırladaq ki, dünən axşam saatlarında Ayn Zara və Salah Al-Din bölgələrində silahlı toqquşmalar başlayıb. Tripolidə vəziyyətin gərginləşməsinə səbəb kimi paytaxtın Hərbi Dairəsinin qoşunlarına daxil olan və Liviya Prezident Şurası ilə əlaqəli olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanılması göstərilib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR