Liviyada 3 jurnalist həbs edilərək döyüldü

MARAQLI
17:55 10.03.2011
1730

 

BBC müxbirlərinin 21 saat nəzarət altında qaldığını, davamlı döyüldüyünü və sərbəst buraxıldığını açıqlayıb. Müxbirlərdən Feras Killiani onları əsgərlərin həbs etdiyini və çubuqla vurub, təpiklədiklərini söyləyib.

BBC xarici xəbərlər departamentinin səlahiyyətlisi Liliane Landor Liviyada jurnalistlərə qarşı şiddəti qınadığını bildirib. O, Liviya hökümətini ölkədə işləyən bütün media mənsublarını qorumağa və işlərində azadlıq verməyə çağırıb. Landor bütün təzyiqlərə baxmayaraq, BBC-nin Liviyadakı hadisələri ölkə daxilindən də, xaricindən də izləməyə və yayımlamağa davam edəcəyini deyib.

Qeyd edək ki, Liviyada daha iki jurnalist həbs olunub. İtdikləri güman edilən “The Guardian” və “Braziliya Estadro” qəzetlərinin müxbirlərinin həbs olunduqları məlum olub.

 

OXŞAR XƏBƏRLƏR