Liviyada avropalılara sekslə məşğul olmaq qadağan edildi

DÜNYA
20:30 26.11.2013
1062

Liviyada qayda-qanunun təmin edilməsi üçün yarımhərbiləşdirilmiş dəstələrə təlim keçəcək Avropa missiyası əməkdaşları üçün xüsusi təlimat buraxılıb.

AZXEBER.COM “MIGnews”a istinadən xəbər verir ki, Avropa İttifaqının sənədi quruma qarşı etibar yaratmaq üçün “yüksək peşəkar və şəxsi standartlar”a riayət etməyə çağırır.Təlimata görə, EUBAM missiyasının üzvlərinə Liviyada hədiyyə almaq, spirtli içki qəbul etmək, həşiş çəkmək, kobud ifadələr işlətmək, fahişə yanına getmək və pornoqrafik internet saytlarına daxil olmaq qadağan edilir. Missiya həmçinin Liviyanın yerli sakinləri ilə seksual münasibətlərdən uzaq durmağı xahiş edir.

OXŞAR XƏBƏRLƏR