Liviyada atəşkəsdən əvvəl baş verən qarşıdurmalarda ölənlərin sayının 55-ə yüksəldiyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Liviya İlk Yardım və Dəstək Mərkəzi Tripolidə başlayan iki günlük qarşıdurmada ölən və yaralananların sayını yeniləyib.
Mərkəzin açıqlamasına görə, qarşıdurmalarda ümumilikdə 55 nəfərin həyatını itirdiyi, 146 nəfərin yaralandığı bildirilib. Ölənlərin dinc sakinlər, yoxsa qarşıdurma qüvvələrindən olub-olmadığı hələlik açıqlanmayıb.
Gülay