Liviyada güclü fırtına səbəbindən ölənlərin sayı 3 minə çatıb

Liviyada güclü fırtına səbəbindən ölənlərin sayı 3 minə çatıb
DÜNYA
14:29 12.09.2023
198
Liviyanın şərqində Mərkəzi Aralıq dənizində baş verən "Daniel" fırtınasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 3 minə çatıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Liviyadakı Benqazi hökumət rəsmisi bildirib.
 
Rsəmi qeyd edib ki, itkin düşənlərin sayı 10 minə çatıb.

Liviyanın baş naziri Dibeybe seldən zərər çəkmiş ərazilərə beynəlxalq yardım çağırıb. Fırtınadan ən çox Cəbəl əl-Əhdar və Tukra bölgələri zərər çəkib.
 
Əl Bayda, Sus, Əl-Mərc və Derna şəhərləri su altında qalıb. Fövqəladə vəziyyət elan edilən ərazilərdə komendant saatı tətbiq edilib. Təhsil dayandırıldığı halda iş yerləri açılmayıb.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR