Liviyanın paytaxtı Tripolidə hökumətlə Prezident Şurasına bağlı qüvvələr arasında qarşıdurma baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökuməti ilə Liviya Prezident Şurasına bağlı qüvvələr arasında silahlı qarşıdurma baş verib.
Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyinin adını açıqlamayan rəsmisi paytaxtın bəzi yerlərində Liviya Prezident Şurasının sədrliyi yanında "Rada" Cinayət və Terrorla Mübarizə Bölməsi ilə "444 Briqadası" arasında toqquşmaların baş verdiyini bildirib.
Rəsmi bildirib ki, paytaxtın cənubundakı Ayn Zara rayonu yaxınlığında toqquşmalar davam edir. Şahidlərin sözlərinə görə, hər iki silahlı qrupa məxsus hərbi maşınlar paytaxtın Səlahəddin, Ayn Zara və Tarik əl-Şat rayonlarına yerləşdirilib.
Qarşıdurmalarda itki olub-olmaması barədə məlumat verilməyib.
Paytaxtda baş verən qarşıdurmalara görə, Tripoli Universiteti təhsil və imtahanlarla bağlı təhsilini dayandırıb.
Gülay