Liviyada sel fəlakəti baş verdi: 2 min adam öldü, 7 min adam itkin düşdü

Liviyada sel fəlakəti baş verdi: 2 min adam öldü, 7 min adam itkin düşdü
DÜNYA
11:09 12.09.2023
230
Liviyanın şərqində baş verən sel fəlakəti nəticəsində minlərlə insan həyatını itirib, minlərlə insan isə itkin düşüb.

AZXEBER.COM xəbər verir ki, bölgəyə təcili müdaxilə çağırışları edilib. AFAD qrupunun da kömək üçün bölgəyə gedəcəyi qeyd edilib.

Liviyanın Derna şəhərində yağan güclü yağışlar nəticəsində evlər və avtomobillər su altında qalıb, elektrik və rabitə xətləri kəsilib. 

Bu səbəbdən şəhərdə 2 mindən çox insanın həyatını itirdiyi, ölənlərin sayının 7 minə çatdığı açıqlanıb.

Gülay
OXŞAR XƏBƏRLƏR