Liviyada sel fəlakəti nəticəsində 43 min insan didərgin düşdü

Liviyada sel fəlakəti nəticəsində 43 min insan didərgin düşdü
DÜNYA
10:29 22.09.2023
78

Ötən həftələrdə Liviyanın şərqində baş verən "Daniel" qasırğasının ardından baş verən sel fəlakətində minlərlə insan həyatını itirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 10-da Liviyanın şərqində Derna, Benqazi, Sus, Əl-Mərc və Baydada təsirli olan Daniel Fırtınasının səbəb olduğu şiddətli yağışın ardından meydana gələn sel fəlakətinin təsirləri davam edir. 

Beynəlxalq Miqrasiya Təşkilatı təbii fəlakət nəticəsində indiyədək 43 min 59 adamın didərgin düşdüyünü açıqlayıb.

Bildirilib ki, Dərnə əhalisi təmiz su qıtlığı səbəbindən şəhəri tərk etməli olub və başqa şəhərlərə qohumlarının yanına köçüblər. 

Ayşən

 

OXŞAR XƏBƏRLƏR