Bakı-Qazax magistralının Lökbatan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, "Avatr" və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşaraq yol kənarındakı dəmir maneəyə çırpılıblar.
Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Həmin istiqamətdə isə nəqliyyatın hərəkəti çətinləşib.