'Ölkədə 100 faiz seçicidən ən az 70 faizi Cəmil Həsənlinin ümumiyyətlə siyasətçi kimi varlığından xəbərsizdir' - Elşən Musayev

SİYASƏT
17:50 02.09.2013
1263

Milli Şura burdakı işlərini düzüb-qoşub, qurtardı, bir qaldı ölkə xarici. Onu da eləsinlər məsələ tamamına varsın.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Milli Şura”rəhbərliyinin sentybrın 8-nə planlanan Böyük Britaniya səfərinə münasibət bildirərkən söyləyib.

“Mən həqiqətən bu insanları anlamaqda çətinlik çəkirəm. Başsız bədən kimi ortalıqda var-gəl eləməkləri, özlərinə rəhbər seçdikləri İbrahimbəyov kimi naşının Dağıstanda, bu bashabasda Rəsul Həmzətov haqqında kino çəkib bunlarla məzələnməyi, Əflan İbrahimovun sensasiya dolu açıqlamaları bəs deyilmiş kimi, bütün bu biabırçılıqların ardından hələ turneyə çıxmağı da özlərinə rəva bilirlər.

Hərçənd hara və kimin yanına getdikləri də bəlli deyil heç. Elə”nüfuzlu qurumlarla görüş”- deyib durublar. Hansı nüfuzlu qurum? Kimdir onlar? Kral İnstitutunun “düz-qoş” edib sizlərə caladığı QHT nə vaxtdan nüfuzlu qurum olub? Və ya, QHT-lərin ekspert şurası hansı dönəmdən etibarən dünya siyasətinə təsir edən təsisat rolunu oynamağa başlayıb?

Açıq-açığına deyin, yeyib içməyə, gəzməyə gedirik, söhbət də yerindəcə bağlansın da. Yoxsa bağ belə gəldi, bostan elə getdi. Kənardan baxan elə bilər bunları Britanıya kraliçası, baş nazir-filan qəbul edəcək.

İmza vərəqələri ortalıqda tökülüb qalıb, bunların dərdinə baxın. Ölkədə 100 faiz seçicidən ən az 70 faizi Cəmil Həsənlinin ümumiyyətlə siyasətçi kimi varlığından xəbərsizdir, bunlar hələ xaricə qarmaq atmaqdadır, ki, görüm kimin harasına ilişdirə bilirəm.

Və ən maraqlısı budur ki, xaricin özündə də bir hörmətli, nüfuzlu adam bunlarla şəkil çəkdirmir ki, barı Bakıya dönəndən sonra adamlar özünü saxta şəkildə də olsa “raskrutka” edə bilsin.

Yanaşı durub foto- obyektə tuş gətirdikləri də də ya qır vuranlardır, ya təkər qaraldanlar, ya da hava limanında təyyarə dalınca su atanlar”, - deyə politoloq fikirlərinə davam edib.

OXŞAR XƏBƏRLƏR