Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ

Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
SAĞLAMLIQ
15:15 04.08.2025
213
Hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidə edilmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yay fəslində bəzi xəstəliklər, xüsusilə də bağırsaq infeksiyalarına yoluxma riski arta bilər.

"Lakin hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidə edilmir, ölkədə epidemioloji vəziyyət stabildir və daim nəzarət altındadır.

İsti yay günlərində şəxsi gigiyena qaydalarına xüsusi diqqət yetirmək, günorta saatlarında açıq havada olmamaq tövsiyə olunur", - deyə əlavə edilib
OXŞAR XƏBƏRLƏR