Ölkədən qaçan Elnur Nağızadə Məleykə Abbaszadə haqda dəhşətli faktlar açıqlayacaq: "Pulu tək yeməmişəm"

Ölkədən qaçan Elnur Nağızadə Məleykə Abbaszadə haqda dəhşətli faktlar açıqlayacaq: "Pulu tək yeməmişəm"
SOSİAL
12:28 26.07.2017
77294

 

Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərib. 

 

AZXEBER.COM xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindəki mənbələrdən məlumat daxil olub. Qaynağın məlumatına görə, Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəmədiyini iddia edib.

Qeyd edək ki, ölkə gündəmində böyük rezonansa səbəb olan bu olaydan sonra keçmiş TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi  tövsiyyə etsə də ancaq nəticə vəd edildiyi kimi olmayıb. Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin Məleykə Abbaszadəni ultimatumla hədələdiyi deyilir.

O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə, tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.


Məlumatda qeyd olunur ki, Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.

Qaynaq Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı  çıxmasının bir səbəbini də artıq DİM sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası Humanitar məsələlər şöbəsinin sabiq sədri Fatma Abdullazadənin "vurulmasından” sonra DİM sədri himayəsiz qalıb.

Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq  şefini ifşa etməkdə görür.

Odur ki, keçmiş TQDK-da baş verənlərlə bağlı sensasion açıqlamarı gözləyin…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır