"Ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir" - Deputat

"Ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir" - Deputat
SOSİAL
09:46 29.03.2023
114
"Fazil Mustafa ictimai-siyasi proseslər ilə bağlı və eləcə də ölkəmizə qarşı olan təhdidlərə qarşı hər zaman müstəqil mövqe nümayiş etdirən və öz dövlətçi və obyektiv çıxışları ilə fərqlənən millət vəkillərindədir". 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu tip sui-qəsdlər cəmiyyətdə nüfuzu olan insanların mövqelərinə təsir etməyəcək:

"Fazil bəyə qarşı törədilən sui-qəsdə qısa zamanda hüquqi qiymət veriləcəyinə və cinayətkarların məsuliyyətinə cəlb ediləcəyinə inanırıq. Əminik ki, bu tip sui-qəsdlər cəmiyyətdə nüfuzu olan insanların mövqelərinə təsir etməyəcək və əksinə təhdidlərə qarşı daha sıx birləşəcəyik". 

"Azərbaycan indi daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Fazil bəyin daha qısa zamanda sağalmağını arzulayırıq. Fazilin bəyin hələ qarşıda görəcəyi çox işlər var", - deyə deputat əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR