Ölkəmizin ən güclü boksçuları - SİYAHI

İDMAN
11:00 26.12.2011
2796
Bakı İdman Sarayında boks üzrə böyüklər arasında ölkə çempionatına yekun vurulub. Dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) uzun fasilədən sonra yenidən Azərbaycanda ən güclü olduğunu sübut edib. “Neftçi” İSM-in boksçusu finalda əsas rəqibi Rəhim Nəcəfovu 23:11 hesabı ilə məğlub edib.Samir Məmmədov həm də, yarışın ən yaxşı boksçusu üçün ayrılmış mükafata da sahib olub. Yarışın ən gənc iştirakçılarından olan Tural Əhmədov finalda da çətinlik çəkmədən qalib gəlib. Bu il “Böyük İpək Yolu” və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 1-ci olan Əhmədov Sərxan Babayevi 26:6 hesabı ilə üstələyib. Neft Ölkələrinin Dünya kuboku turnirində qələbə qazanmış Cavid Çələbiyev (52 kq) ölkə çempionatında da fərqlənib. O, Kamran Məlikov üzərində 21:13 hesabı ilə qələbə qazanıb.Dünya çempionatının mükafatçısı Emil Məhərrəmov bu il də ölkə çempionatında finalda uduzub. Uzun illər milli komandamızın kapitanı olmuş boksçunun Tamerlan Abdullayevlə həlledici döyüşü 14:14 hesabı ilə yekunlaşsa da, hakimlər qələbəni Abdullayevə veriblər. Rahib Bəylərov çəkisini dəyişməsinə baxmayaraq, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümum komanda hesabında “Rabitə İdman Klubu 1-ci, “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” isə 3-cü yeri tutub.49 kqSərxan Babayev (Rabitə) 6:26 Tural Əhmədov (Rabitə)52 kqCavid Çələbiyev (DİN İC) 21:13 Kamran Məlikov (Rabitə)56 kqSamir Məmmədov (Neftçi) 23:11 Rəhim Nəcəfov (Rabitə)60 kqKamran Baxşəliyev (Rabitə) 12:22 Tapdıq Bayramov (Qızıl Əlcək)64 kqNurlan Məmmədov (Rabitə) 16:22 Ruslan Qasımov (Neftçi)69 kqTamerlan Abdullayev (Rabitə) 14:14 Emil Məhərrəmov (Rabitə) qələbə Abdullayevə verilib75 kqYolçu Zeynalov (Rabitə) 13:17 Fariz Məmmədov (Lokomotiv)81 kqRahib Bəylərov (General Məhəmməd Əsədov) – Rəhman Şıxəliyev (Sumqayıt) tam üstünlüklə Bəylərov qalib gəlib91 kqHacıbaba Hacıbabayev (Rabitə) – Kamran Mehdiyev (Rabitə) Hacıbabayev döyüşə çıxmayıb91+kqFərid Şabanov 13:20 Zamiq Atakişiyev (Naxçıvan klubu)

OXŞAR XƏBƏRLƏR