‘Ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır’

‘Ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır’
SİYASƏT
12:34 17.06.2014
1486

“Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir”.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: "Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir".

İdarə rəisi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıldır: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Erməsniatanın işğalı altındadır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddəddir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələlərin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur".

E.Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir ki, NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik və müdafiə sektorunda islahatlar aparır. Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb.

O, deyib ki, Silahlı Qüvvələrdə yenidənqurma işləri başa çatdırılıb. Bu məqsədlə bir sıra NATO ölkələrinin təcrübəsi öyrənilib.

Bununla belə, polkovnik E.Səmədov qeyd edib ki, Müdafiə Nazirliyinin strukturu daim qiymətləndirilir ki, şəraitə uyğun olaraq dəyişikliklər edilsin.

Bundan əlavə, hərbi təhsil sistemində dəyişikliklər edilib, NATO proqramına uyğun hərbi təhsil proqramı təşkil olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı