"Ülkər" bədii filminin trelleri yayımlandı - VİDEO

"Ülkər" bədii filminin trelleri yayımlandı - VİDEO
MƏDƏNİYYƏT
23:53 25.01.2024
1676
17 yaşlı qızını satan ata və çarəsiz qızı, real həyatlar əsasında çəkilmiş Ülkər bədii filmi.

AZXEBER.COM xəbər verir ki, yazıçı, dramaturq Yeganə Kərimzadənin əsəri əsasında çəkilən "Ülkər" bədii filminin trelleri yayımlanıb.

Film real həyatda baş verən hadisələr əsasında lentə alınıb. Ağır dram tragediya janrnında olan film bir ailə faciəsini özündə əks etdirir.

Ülkər bədii filmində baş rolu Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbəsi Röya Paşayeva canlandırıb. Bundan başqa filmdə səhnəmizin əməkdar artistləri və peşəkar teatr akyorları yer alıb. 

Layihə rəhbəri, baş prodüser Faiq Nağiyev, quruluşçu rejissor- Xəyalə Meydanova, rejissor isə Rövşən Kərimduxtdur.
 
Aysel
 


OXŞAR XƏBƏRLƏR