Ülkər Əliyeva ən yaxşı ifaçılar sırasında - FOTOLAR

MƏDƏNİYYƏT
15:17 07.06.2014
5362
Azərbaycanlı gənc vokalçı, Bakı Musiqi Akademiyasının məzunu Ülkər Əliyeva “Ural mono” XVII-ci Beynəlxalq türk gəncliyinin musiqi yaradıcılığı müsabiqə-festivalında 3-cü fəxri yer qazanaraq ən yaxşı ifaçılar sırasına daxil oldu.
AZXEBER.COM xəbər verir ki, festival 28-30 may tarixində Başqırdıstanın paytaxtı Ufada keçirilmişdir.Müsabiqənin məqsədi türk musiqisini təmsil edən istedadlı və qabiliyyətli gənclərin axtarişı və dəstəklənməsi,mədəni və millətlərarasi arası münasibətlər vasitəsilə türk etnoslarının inteqrasiyası,türk xalqları arasında dost və yaradıcılıq əlaqələrinin qurulması, türk ifaçılar arasında peşəkar və mədəni əlaqələrinin möhkəmlənməsidir. 
Festival ilaşırı təşkil olunur.İlk dəfə 1992-ci ildə respublika festivalı kimi keçirilmiş,lakin artıq 1995-ci ildə beynəlxalq statusu almışdır. Bu dəfə festivalda Azərbaycan,Qazaxıstan,Qirğizıstan,Moldova,Türkiyə və Rusiyanın 14 regionundan 50-dən çox ifaçı iştirak etmişdir.Şərtlərə uyğun olaraq rəqiblərin yaş həddi 18-dən 35-ə qədər idi.Müsiflər heyəti tərkibinə Başqırdıstan,Rusiya Federasiyası və digər türk dilli respublikaların görkəmli müğənni,bəstəkar və incəsənət ustaları daxil olmuşdu. Azərbaycan bu müsabiqəyə ilk dəfə olaraq qatıldı.Ölkəni gənc vokalçı,Bakı Musiqi Akademiyasının məzunu Ülkər Əliyeva təmsil etdi. 
Festivalın açılışı Başqırdıstan Dövlət Filarmoniyasında yekun qala konserti isə Ufa şəhərinin sakinləri və qonaqları qarşısında Salavat Yulayev meydanında keçirilmişdir. Həmçinin səfər proqramı çərçivəsində Davlikanov rayonunda konsert təşkil olunmuşdur. “Ural mono”əsas mükafatı 100 000 rubl məbləğində pul sertifikatıdır və bu mükafatın sahibi Başqırdıstan təmsilçisi Marsel Qutuyev oldu. İlk üş fəxri yerlərin sahibləri : 1 yer – Kural Çokoyev(Qırğızıstan) və Güzel Muratova 2 yer - Aybek Saralayev(Qırğızıstan) və Arjaana Kuular (Tıva Respublikası) 3 yer – Ülkər Əliyeva(Azərbaycan) və Ziliya Baxtiyeva(Başqırdıstan) Müsabiqə zamanı Azərbaycan təmsilçisi Tiva Respublikasında keçirilən “Sayan dağları melodiyaları”adlı beynəlx alq estrada mahnıları yarışmasına rəsmi dəvət almışdır.

OXŞAR XƏBƏRLƏR