Ölkəsindəki inflyasiyanın səbəbini İranla müharibədə gördü

Ölkəsindəki inflyasiyanın səbəbini İranla müharibədə gördü
DÜNYA
20:58 25.10.2026
158
İspaniyanın baş naziri Pedro Sançes ölkədə inflyasiyanın yüksəlməsini İran müharibəsi ilə əlaqələndirib və münaqişəyə son qoyulmasının qiymət artımının qarşısını almaq üçün ən təsirli addım olacağını bildirib.

Sançesin sözlərinə görə, İspaniyada qeydə alınan inflyasiyanın əhəmiyyətli hissəsi, hətta bütövlükdə qiymət artımı əvvəldən qarşı çıxdıqları İran müharibəsi ilə bağlı ola bilər. O, münaqişənin Avropaya 100 milyard avrodan çox başa gəldiyini də qeyd edib.

Baş nazir bildirib ki, İspaniyada ilin sonunadək sosial müdafiə tədbirlərinə 12 milyard avro vəsait ayrılıb. Bununla belə, Sançes müharibəyə son qoyulmasını iqtisadi fəsadların qarşısını almağın ən səmərəli yolu kimi qiymətləndirib.

İspaniyanın Milli Statistika İnstitutunun məlumatına görə, sentyabr ayında ölkədə illik inflyasiya 4,9 faizə yüksəlib.
 
///unikal///
OXŞAR XƏBƏRLƏR