Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

SOSİAL
08:34 03.01.2025
196
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdəki 115 mindən çox suriyalının ölkələrinə qayıtdığını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada 8 dekabr 2024-cü ildən bu yana Türkiyə, İordaniya və Livan kimi ölkələrdən 115 mindən çox insanın Suriyaya qayıtdığı bildirilib.

Qeyd olunub ki, suriyalıların geri qayıtması ilə bağlı rəqəmlər ev sahibi ölkələrin ictimai paylaşmalarına, Suriyadakı miqrasiya xidmətləri ilə təmaslara və UNHCR və tərəfdaşlarının sərhəd müşahidələrinə əsaslanıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR