Ölkəyə gətirilən telefonlara – Növbəti qadağa

İQTİSADİYYAT
12:43 27.01.2015
4049
“Bu, bizim borcumuzdur”.
Azərbaycanda mobil telefonların onlayn vasitəsilə ölkəyə gətirilməsi qadağan olunub.
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycana mobil telefonlar idxal olunarkən onlar müəyyən qeydiyyatdan keçməlidirlər.
Komitə sədri qeyd edir ki, elektron şəkildə bu ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır:
“Ona görə də bizim də borcumuzdur ki, qanunvericiliyə riayət olunmasını təmin edək”- deyə, Aydın Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR