Ölmüş yezidi əsgərin anası: “Siçovullarla yaşayıram, qarşıda qış var”

Ölmüş yezidi əsgərin anası: “Siçovullarla yaşayıram, qarşıda qış var”
DÜNYA
17:54 09.09.2020
1401
Ötən ilin dekabrında hələlik naməlum şəraitdə ölmüş yezidi müddətli hərbi qulluqçu Artur Acamyanın anası Qohar Feroyan 9 aylıq mübarizədən sonra yeganə oğlunun ölüm səbəblərini müəyyənləşdirməyi tələb etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etmək qərarına gəlib.

AZXEBER.COM Ordu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin dekabrında ölmüş erməni hərbi qulluqçunun yaxınları Ermənistan hökuməti və parlamenti qarşısında etiraz aksiyası həyata keçiriblər, Ermənistan Baş naziri və "Mənim addımım” fraksiyasının deputatı Andranik Köçəryanla görüşüblər.

İki ay əvvəl Qohar Feroyan Andranik Köçəryanla görüşmək üçün Ermənistan parlamentinə gedib, lakin Köçəryan onu qəbul etməyib, hətta telefon zənglərinə cavab verməyib.

Feroyan deyib ki, artıq Andranik Köçəryanla görüşmək istəmir, hazırda görüşmək və məsələni qaldırmaq istədiyi yeganə insan Ermənistan Baş naziridir.

"Mən oğlumun niyə öldüyünü mənə söyləmələrini istəyirəm, səbəbini öyrənmək istəyirəm, niyə? Baş nazirin məni qəbul edib-etməyəcəyini, görüşüb-görüşməyəcəyini bilmirəm, amma bunun üçün addımlar atacam. Siçovullarla yaşayıram, qarşıda qış var, uşağımın şəkillərini götürüm hara gedim, nə edim? Heç olmasa bir otaq olsun, uşağımın şəkillərini yağışdan qoruyum”, - deyə Feroyan qeyd edib.
OXŞAR XƏBƏRLƏR