Salyanda lombard işçisi bıçaqlanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs oranın işçisi, 1970-ci il təvəllüdlü Xanım Eldar qızı Bədəlovaya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.