Lombardlarla bağlı daha bir ŞİKAYƏT - VİDEO

Lombardlarla bağlı daha bir ŞİKAYƏT - VİDEO
SOSİAL
01:22 12.07.2026
142
Lombarda qızılını qoyub pul götürdü, indi qızılını geri ala bilmir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbə sakini Vüsal Xəlilovun başına gəlib.
Onun iddialarına görə, bir neçə ay əvvəl qəsəbə daxilində yerləşən lombarda zinət əşyasını girov qoyub, 350 manat məbləğində pul götürüb. Lakin, pulunu faizi ilə ödəyib qızılını götürmək istəsə də, bu mümkün olmur.

Vüsal Xəlilov deyir ki, lombard nümayəndəsi ilə yanaşı başqa şəxslər də onunla əlaqə saxlayaraq müxtəlif vədlər veriblər.

Bizdə həmin lombarda üz tutsaq da, amma qapı bağlı idi. Reklam lövhəsində olan nömrə ilə əlaqə saxladıq. Bildirildi ki, Vüsal Xəlilovun qızılları ayın 17-nə kimi geri qaytarılacaq. "Bu halın bir neçə şəxsin başına gəlməsi" iddiası isə təkzib edildi.

Onu da qeyd edək ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR