London Yay Paralimpiadası oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, Azərbaycan üzgüçüsü Natali Pronina 100 metr məsafəyə yarışda qüvvəsini sınayıb.
Öz qrupunda 1:20.09 dəqiqə nəticə göstərən Pronina birinci yyeri tutaraq finala yüksəlib. Təmsilçimiz bu mərhələdə rekord göstərici - 1:16.17 dəqiqə nəticə ilə olimpiadanın qızıl medalına sahib çıxıb.
Qeyd edək ki, bu, Proninanın olimpiadada ilk qızıl və 5-ci medalı olub.