London metrosunun qatarlarında “Yer altında dünya şeirləri” (Worlds Poems on the Underground) sərgisi keçirilir. Londonda keçiriləcək Olimpia Oyunlarının sonuna qədər davam edəcək sərgidə əsəri nümayiş olunacaq 6 şairdən biri Nazim Hikmətdir. ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, London metrosunda türk şair Nazim Hikmətin “Bakı gecəsi” şeirinin ingilis dilində tərcümə olunmuş variantı nümayiş olunacaq.
Bundan başqa, sərgidə şairlər Sujata Bhatt, Niyi Osundare, Con Aqard, Imtiaz Dharker, Lotte Kramerin şeirləri də nümayiş olunacaq. Məlumata görə, bu şeirlər və 1986-cı ildən bəri London metrosunda nümayiş olunan şeirlərdən seçilən əsərlər kitabça kimi 100 000 nüsxə çap olunacaq və Olimpia müddətində metro istifadəçilərinə pulsuz paylanacaq.