London mülklərinin sahibləri açıqlandı, oliqarxların sirləri üzə çıxdı

London mülklərinin sahibləri açıqlandı, oliqarxların sirləri üzə çıxdı
DÜNYA
09:30 28.03.2016
2954

Britaniya hökuməti antikorrupsiya fəallarının apardığı kampaniyanın nəticəsi olaraq Londonda xarici ölkə vətəndaşları tərəfindən offşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olduğunu açıqlayıb.

Bu haqda Britaniya mediası yazır. Mülkləri açıqlananlar arasında keçmiş sovet respublikalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alır.

Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib.“The Sunday Times” yazır ki, siyahının açıqlanması Rusiyadan və digər keçmiş sovet respublikalarından olan oliqarxların, onların ailə üzvlərinin sirlərinin ortaya çıxmasına səbəb olub.

Adı Londondakı mülk sahibləri arasında olanlardan biri də Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey Yakunin də var.Yakunin 2015-ci ilin payızında gözlənilmədən istefa verib, daha sonra onun barəsində korrupsiya araşdırmaları aparılıb.

Yakuninin 31 yaşlı oğlunun Londonda 35 milyon funt-sterlinq dəyərində mülkə sahib olduğunu bundan əvvəl müxalfətçi bloqer Aleksey Navalnı üzə çıxarmışdı. İndi Britaniya hökumətinin açıqladığı siyahı bu məlumatı təsdiq edib.

Bildirilir ki, Andrey Yakuninin 8 yataq otağına, hovuza, kinoteatra və şərab anbarına malik malikanəsi Londonun tarixi səmtində, Sent Cons Vudda yerləşir.Bu, Britaniya paytaxtının ən bahalı və ən prestijli rayonudur.Sənədlərə əsasən mülkün sahibi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Terphos” maliyyə korporasiyasıdır. Korporasiya Yakuninə bağlıdır. Malikanə 2013-cü ildə alınıb.

Bundan başqa Yakunin Londonun Hempsted rayonunda daha bir mülkə sahibdir.Bu mülk Panamada qeydiyyatdan keçmiş “Diamondrock” adlı offşor şirkətin adına qeydiyyatdan keçib.Hazırda bu mülkün qiyməti 10 milyon funt sterlinqdir. Yakuninin oğlu digər postsovet oliqarxlarının törəmələri kimi Londonda yaşayır.Andey Yakuninin nümayəndəsi Londondakı mülklərin ona məxsus olduğunu təsdiqləyib.

London mülklərinin sahiblərinin siyahısını Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (İCİJ) öz saytında yerləşdirib. Bu informasiya offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan iki iri şirkətin-“Portcullis TrustNet” (Sinqapur) və “Commonwealth Trust Limited”in (Britaniya Virgin adaları) 10 ilə yaxın dövr ərzində apardığı əməliyyatlara əsaslanır.Həmin şirkətlər Londondakı mülklərin sahibləridir. Məlumat bazasında37 Azərbaycan vətəndaşının da adı yer alır. Mövzunu davam etdirəcəyik.

virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir