Londonda Olimpiya oyunlarının açılışına günlər qalmış hökümətin nəqliyyat sahəsindəki yeni ölçüləri sürücülərin narazılığına səbəb olub. İri miqyaslı tədbirlə bağlı qərara alınmış müvəqqəti ölçülər ən çox taksi sürücülərinin hiddətləndirib. Olimpiya iştirakçıları üçün maşın yollarında xüsusi xətin salınmasına qarşı çıxan 2 yüzə yaxın Keb sürücüsü, parlament meydanında aksiya keçirib. Sürücülər onlara da həmin zolaqdan istifadə etmək hüququnun verilməsini tələb edib. Narazı taksi sürücüləri eyni zamanda yeni təbdirlər çərçivəsində bir çox yerlərdə keb dayanacaqlarının ləğv edilməsinə qarşı çıxıb.“İndi elə çıxır ki, mən öz şəhərimdə “ikinci sort” insanam.Axı yollarda bu olimpiya zolağından istifadə etməyə niyə qoymurlar? Axı biz bu şəhərin,Londonun taksistləriyik. Bizim də bu zolaqlardan istifadə etmək hüququmuz var”, - deyə taksi sürücülərindən biri bildirib.