Londonda Ali Məhkəmənin qarşısında Assanca dəstək aksiyası keçirilir

Londonda Ali Məhkəmənin qarşısında Assanca dəstək aksiyası keçirilir
DÜNYA
19:41 20.02.2024
146
Böyük Britaniyanın paytaxtı Londonda Ali Məhkəmənin qarşısında "WikiLeaks”in qurucusu Culian Assanca dəstək aksiyası keçirilir.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Aksiyada Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edir.

"Bu, 21-ci əsrin mətbuat azadlığı ilə bağlı ən vacib işdir. Məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti hesab edir ki, jurnalist həqiqəti söylədiyi üçün həbsxanaya düşməməlidir”, - aksiya iştirakçıları vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti London Ali Məhkəməsinin fevralın 20-də iki günlük dinləmələrə başlayacağını və bu dövr ərzində "WikiLeaks”in təsisçisinin Britaniya məhkəmələrində onun ABŞ-yə ekstradisiyasına dair qərara etiraz etmək imkanının olub-olmadığını müəyyən edəcəyini açıqlamışdı.

Onun ABŞ-yə ekstradisiyasının qarşısını almaq üçün son variantlardan biri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ola bilər.
 
///Report
OXŞAR XƏBƏRLƏR