Londonda Olimpiadanın bütün yarış günləri üçün bilet almış azarkeş öldü
MARAQLI
18:48 08.08.2012
1631
49 yaşlı britaniyalı azarkeş, 2012-ci il Olimpiya oyunlarının bütün yarış günləri üçün bilet almış Konrad Ridmen London xəstəxanasında vəfat etmişdir. Trekdə velosiped idmanı üzrə yarışlarda britaniyalı Viktoriya Pendltona və kişilərdən ibarət yığma komandanın yarışlarına azarkeşlik edən Ridmen həmin yarışlardan qayıdarkən velodromun yaxınlığındakı Olimpiya parkında özünü pis hiss etmiş və huşunu itirmişdir. Tezliklə həkimlər gəlmiş və Ridmeni xəstəxanaya aparmışlar, lakin azarkeşi xilas etmək mümkün olmamışdır. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olmuşdur. İxtisasca mühasib olan Ridmen işdə iki həftə məzuniyyət götürmüşdü. “Daily Gazette” nəşri göstərir ki, Ridmen Olimpiadanın təntənəli açılış mərasimi də daxil olmaqla, avarçəkmə və suya tullanmadan başlamış kamandan ox atmağa və badmintona qədər idmanın bütün növləri üzrə yarışlara gedirdi.