Ben Afflekdən ayrılan Cenifer Lopezin çətin günlər yaşadığı bildirilib.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, müğənni buna görə panik ataklarla üzləşib.
Ötən həftə boşanma prosesinin başladığı məlum olub. Cütlük artıq bunun üçün vəkillərinə təlimat verib.
Boşanma haqda razılaşmadan sızan xəbərlərə görə pop-diva boşanmaq üçün aktyorun sərvətinin yarısını tələb edir.
Gəlirlərindəki fərqin böyük olmasına baxmayaraq (Ben-in hesabında cəmi 150 milyon dollar, Cenniferin isə 400-ə yaxın pulu var), o, hələ də öz mövqeyindədir.
Buna səbəb isə ailəli olduqları dönəmdə ortaq xərclərin bir çoxunu Lopezin öz üzərinə götürməsi göstərilib.
Aysel