Tanınmış fransalı məşqçi Loran Blan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Blanın müqavilə müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulsa da, klub rəhbərliyi onunla müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəlib.
Fransızın qovulması ölkə çempionatında "Ən-Nəsr" komandasına 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
Qeyd edək ki, Blanın rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı çempionluğunu və Kral Kubokunu qazanıb.
\oxu.az